"Mariupola 100-ə yaxın hava bombası atılıb, 2187 sakin ölüb"


“Rusiya işğalçıları artıq Mariupola 100-ə yaxın hava bombası atıb, nəticədə 2187 Mariupol sakini həlak olub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurasının “Telegram”da yaydığı bəyanatda deyilir:
"Hər gün Mariupol işğalçıların hava hücumlarından əziyyət çəkir. 24 saat ərzində dinc şəhər azı 22 dəfə bombardman edilib. Artıq Mariupola 100-ə yaxın aviabomba atılıb".
Şəhər şurası qeyd edir ki, rus hərbçiləri kinli və məqsədyönlü şəkildə yaşayış binalarına, insanların sıx toplaşdığı yerlərə zərbələr endirir, uşaq xəstəxanalarını və şəhərin infrastrukturunu tamamilə məhv edirlər. Onlar həmçinin qeyd edirlər ki, hər bir bombardman dəhşətli dağıntılar gətirir və əsas olanı - Mariupolda mülki əhalinin həyatını əlindən alır. Bildirilir ki, bu günə qədər 2187 Mariupol sakini Rusiya Federasiyasının hücumları nəticəsində həlak olub.
“Ən böyük təhlükə indi şəhərdə blokadada olan 400 min Mariupol sakininə göydən gəlir. Ona görə də NATO-nun Ukrayna səmasını bağlaması və ya lazımi hava hücumundan müdafiə sistemlərini təmin etməsi yüz minlərlə günahsız insanı xilas edə biləcək həll yoludur”.

DİGƏR XƏBƏRLƏR

Top