Nazarbayevin qardaşı oğlu saxlanılıb


Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları respublikanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldulunu saxlayıb.
Yeniavaz.com
sözügedən quruma istinadla xəbər verir ki, K. Satıbaldulu mənimsədə şübhəli bilinərək saxlanılıb.
"Korrupsiyaya Qarşı Mübarizə Xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə və "Kazaktelekom" SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsi faktları üzrə cinayət işini araşdırır. Bu cinayətləri törətməkdə şübhəli bilinən Kayrat Satıbaldulu saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. ”, - deyə qurumun yaydığı məlumatda bildirilir.
Agentliyin məlumatına görə, Satybaldulunun dövlətin təhlükəsizliyinə xələl gətirən digər cinayətlərdə əlinin olub-olmadığı yoxlanılır.
Qeyd edək ki, Kayrat Satıbaldulu 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki Əmanət partiyası) vəzifələrdə çalışıb, bizneslə məşğul olub.

DİGƏR XƏBƏRLƏR

Top