
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi qəbul edib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş Vahidəddin köşkündə (İstanbulun Üsküdar rayonunda yerləşən tarixi köşk) baş tutub.
Bildirilib ki, hökumət başçıları nahar yeməyini birgə yeyiblər və işgüzar yemək təxminən 2 saat davam edib.