Nikolayev kasetli mərmilərlə bombalanıb - 9 nəfər ölüb


Ukraynanın Nikolayev şəhərində rus hərbçilərinin bombardmanı nəticəsində 9 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nikolayevin meri Aleksandr Senkeviç məlumat verib. O bildirib ki, daha 13 nəfər yaralanıb.
"Kasetli mərmilərlə bombardman olub. Onlar iki yaşayış məntəqəsinə - Solyanye və Severnıya düşüb. 13 yaralıdan 7-si hazırda reanimasiyadadır, 9 nəfər dünyasını dəyişib. Bunlar adi insanlardır - əsasən bankomat növbəsində dayanan yaşlılar. Sadəcə yaşayış məntəqələrini bombalayıblar. Uşaq meydançasına, fərdi evlərə mərmilər düşüb. İndi biz özəl sektorda ölən və ya yaralanan varmı deyə baxırıq ", - A. Senkeviç bildirib.
Mer əlavə edib ki, düşmən şəhəri 30-50 km məsafədən atəşə tutur, ona görə də hava hücumundan müdafiə sistemlərinin havaya qalxmağa belə vaxtı olmayıb:
“İndi işğalçılar Nikolayevi hər tərəfdən mühasirəyə almağa çalışırlar, bu gün yalnız bir təhlükəsiz dəhliz var - Odessaya gedən magistral yol”.

DİGƏR XƏBƏRLƏR

Top