Ərbilə raket hücumunu İran üzərinə götürdü: "Sionist rejimi xəbərdar edirik..."


İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölmələri – “SEPAH”) İsrailin İraqdakı hədəfləri olan Ərbilə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın “Gənc Jurnalistlər Klubu” məlumat verib.
Bildirilir ki, SEPAH bəyanat yayıb və bu addımı İsrail tərəfinin Dəməşqin cənubundakı İrana məxsus mövqeləri vurmasına cavab olaraq etdiklərini bəyan edib:
“Dünən gecə sionist sui-qəsdlərinin strateji mərkəzi “SEPAH” tərəfindən güclü raket atəşinə məruz qalıb. Bir daha cinayətkar sionist rejimi xəbərdar edirik ki, hər hansı bir pisliyin qarşılığı sərt, qəti və dağıdıcı olacaq”.
Qeyd edək ki, Dəməşq yaxınlığındakı bombalanma zamanı 2 İran zabiti həyatını itirmişdi.
Xatırladaq ki, bu gün gecə İraqın şimalındakı Ərbil şəhərinə raket zərbəsi İran ərazisindən həyata keçirilib. Bunu İraq və Amerika rəsmiləri də təsdiqləyiblər. Onlar İraq Kürdüstanının paytaxtının hansı yerdən atəşə tutulduğu barədə ətraflı məlumat verməyiblər. İraqlı mənbənin sözlərinə görə, atəşin hədəfi ABŞ-ın Ərbildəki Baş konsulluğu olub, lakin tikilməkdə olan ABŞ diplomatik missiyasının binası ərazisində partlayan raketlərin heç biri ciddi ziyan vurmayıb. Atəş zamanı həmçinin zərərçəkən olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top