DİN sürücülərə xəbərdarlıq edib


"Avtomobili işıqlandırılmayan, mühafizə olunmayan yerlərdə saxlamaq, avtomobilin açar-pultunu uşağın əlinə vermək, yaxud əl çatan etmək cinayətkara fürsət verir. Bununla qaranlıq küçədə, mühafizə olunmayan yerdə, oğru açıq qapıdan və pəncərədən daxil olmaqla avtomobili rahat talaya bilər".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib.
"Bundan başqa, hər hansı əşyanı avtomobilin görünən yerində saxlamaq diqqət cəlb edə bilər. Bunlar viktimologiyadır", - DİN rəsmisi qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top