Ermənistanın yeni prezidenti and içib


Ermənistanın yeni prezidenti Vaaqn Xaçatryan and içərək vəzifələrinin icrasına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, Xaçatryan Ermənistan Konstitusiyasına və İncilə and içərək andın mətnini oxuyub.
Xatırladaq ki, martın 3-də Ermənistan parlamenti ikinci cəhdində 1990-cı illərdə İrəvanın meri olmuş Vaaqn Xaçatryanı ölkənin beşinci prezidenti seçib. Onun namizədliyi hakim “Mülki Müqavilə” partiyası tərəfindən irəli sürülüb və parlament müstəqil olaraq onu ölkə rəhbəri postuna təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top