Lvovda ölənlərin sayı 35-ə çatdı, 134 yaralı var - YENİLƏNİB


Yavoriv poliqonunda (Lvov vilayəti) yerləşən Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə raket hücumu nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Lvov OVA-nın rəhbəri Maksim Kozitski məlumat verib.
Saat 12:00-a olan məlumata görə, mərkəzin ərazisində demək olar ki, bütün yanğınlar söndürülüb, partlayıcı maddələr üzrə ekspertlər və digər mütəxəssislər ərazidə əlavə ekspertiza aparır, dağıntıların böyük hissəsi aradan qaldırılıb.

***12:54
Rusiya ordusunun Lvov yaxınlığında Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə (Yavorovski hərbi poliqonu) endirdiyi hava zərbəsi nəticəsində 9 nəfər həlak olub .
Yeniavaz.com
“unian”a istinadla xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib. O bildirib ki, hücum nəticəsində 57 nəfər yaralanıb .
Kozitski əlavə edib ki, ilkin məlumata görə, 30-dan çox raket atılıb:
"Hava hücumundan müdafiə sistemi işə düşüb, müəyyən sayda raketlər zərərsizləşdirilib. Yavorovski poliqonu vuruldu, hazırda 57 nəfər yaralanıb... Onlar xəstəxanalardadır, doqquz qəhrəman həlak olub... Hazırda yanğın söndürülür".

DİGƏR XƏBƏRLƏR

Top