Ukrayna Rusiyanın itkilərinin yeni sayını açıqladı - SİYAHI


Ukraynaya soxulan Rusiya ordusunun itkilərinin yeni sayı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, düşmənin döyüş itkiləri hazırkı ana qədər təxminən 12 min nəfərdən çox təşkil edir.
Digər itkilərin siyahısı isə aşağıdakı kimidir:

- 374 tank
- 1226 zirehli döyüş maşını
- 140 artilleriya sistemi
- 62 ədəd reaktiv yaylım atəşi sistemi
- 34 hava hücumundan müdafiə sistemi
- 74 təyyarə
- 86 helikopter
- 600 texnika
- 3 gəmi
- 60 yanacaq-sürtkü materialı daşıyan texnika
- 7 əməliyyat-taktiki pilotsuz uçuş aparatı

"Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi səbəbilə çətinləşib", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top