Bayden Ukraynaya növbəti yardımla bağlı qərarı imzaladı


ABŞ prezidenti Co Bayden dövlət katibi Antoni Blinkenə Ukraynaya 200 milyon dollara qədər hərbi yardım göstərmək səlahiyyəti verən memorandumu imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Mən bununla dövlət katibinə Ukraynaya yardım göstərmək üçün Müdafiə Nazirliyinin müdafiə məhsulları və xidmətləri, habelə hərbi təhsil və təlim şəklində ümumi məbləği 200 milyon dollara qədər vəsaitdən istifadə etmək səlahiyyəti verirəm"-deyə Baydenin imzaladığı sənəddə bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top