“Ankara və İrəvan münasibətləri normallaşdırmağa hazır olduqlarını təsdiqləyirlər”


Ermənistan və Türkiyə ilkin şərt olmadan münasibətlərin normallaşması üzərində işləməyə hazır olduqlarını təsdiqləyiblər. 
Yeniavaz.com
“Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündən sonra bildirib.
"Düşünürəm ki, dəvət kifayət qədər müsbət mesaj idi və mən bu mesaja eyni dərəcədə müsbət cavab verməyi zəruri hesab etdim. Görüşümüz zamanı biz hər iki tərəfin heç bir maneə olmadan münasibətlərin qurulması və sərhədlərin açılması üçün nizamlama prosesini davam etdirməyə hazır olduğunu təsdiqlədik”- deyə Mirzoyan bildirib
 

DİGƏR XƏBƏRLƏR

Top