Türkiyə və Ermənistan xarici işlər nazirləri arasında Antalyada görüş olub - VİDEO


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilirki, bu, iki ölkə arasında uzun fasilədən sonra xüsusi nümayəndələrdən sonra nazirlər səviyyəsində keçirilən ilk görüşdür.
Görüşdən sonra açıqlama verən nazir Çavuşoğlu çox məhsuldar və konstruktiv görüş keçirdiklərini bildirib:
“Prezident Ərdoğan və baş nazir Paşinyanın müsbət mesajlarından sonra xüsusi nümayəndələrimizi təyin etdik. Xüsusi nümayəndələrimiz iki dəfə, Moskvada və Vyanada görüşüblər. Görüşlərdə münasibətlərimizin tam normallaşması üçün atılacaq addımları da müzakirə etdilər”.
O qeyd edib ki, bugün də həmin görüşlər dəyərləndirilib:
“Xüsusilə Türkiyə və Ermənistan arasında atılan addımlar və  normallaşma prosesindən Azərbaycan da məmnundur. Ən son ötən şənbə günü Bakıda idim. Azərbaycan da bu prosesi dəstəkləyir. İstənilən halda regionda sabitlik və sülh hamımızın xeyrinədir. Xarici işlər naziri (A. Mirozyan – red.) ilə də bu məsələdə razılığa gəlmişik”.

DİGƏR XƏBƏRLƏR

Top