Rus milyarderin 530 milyonluq yaxtası ələ keçirilib – FOTO + VİDEO


İtaliyanın Maliyyə Qvardiyası rusiyalı oliqarx Andrey Melniçenkonun aktivlərinə məxsus və dəyəri yarım milyard avrodan çox olan yaxtanı ələ keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə İtaliya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.
“Andrey İqoreviç Melniçenkonun mülkiyyətinə aid olan Triest limanında dayanan təxminən 530 milyon avro dəyərində gəmi dondurulub”, - Qvardiyadan bildirib.
13 min ton yerdəyişmə qabiliyyətinə malik “A” yaxtası dünyanın ən böyük motoseyleri (öz yelkənləri və ya mühərriki ilə hərəkət edə bilən yaxta tipli motorlu yelkənli gəmi - red.) hesab olunur. O, 2008-ci ildə Almaniyanın Kiel şəhərində fəaliyyətə başlayıb. Gəmi fransız sənaye dizayneri Filip Stark tərəfindən layihələndirilib.
Martın əvvəlində “RİA Novosti” Bloomberg Milyarderlər İndeksinin məlumatlarına əsaslanaraq Melniçenkonun rus milyarderləri siyahısında altıncı yeri tutduğunu bildirib. Onun sərvəti 1,99 milyard dollar artaraq 19,5 milyard dollara çatıb.

 

DİGƏR XƏBƏRLƏR

Top