Azərbaycan nefti ucuzlaşdı - SON QİYMƏT


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,9 dollar, yaxud 1,6 % azalıb. 

Yeniavaz.com xəbər verir ki, "Azeri Light" markalı neftin 1 bareli 116,64 dollara satılır.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 dollardan hesablanıb. 

Onu da bildirək ki,  "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) olub.
 

DİGƏR XƏBƏRLƏR

Top