FHN yanan hotellə bağlı məlumat yaydı - YENİLƏNİB + VİDEO

FHN oteldə baş verən yanğınla bağlı məlumat yayıb. Bu gün saat 20:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Yeniavaz.com-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın yeddimərtəbəli otel binasının dam örtüyü və liftin şaxtasında liftlərin mühərriklərinin yerləşdiyi bölmədə baş verib.

Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 100 kv m sahə yanıb, otelin binası yanğından mühafizə olunub.

 


***21:23
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını alıb.

 

İlkin məlumata görə, yanğın qısaqapanma səbəb olub.
Qeyd edək ki, yanan hotelin məşhur iş adamı Hafiz Məmmədova aid olduğu bilinir. Uzun müddətdir hotel fəaliyyət göstərmirdi.
Nərimanov rayonunda yerləşən oteldə yanğın baş verib.
***21:13

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə Məmməd Araz küçəsində qeydə alınıb. Ramada otelinin dam örtüyündə yanğın başlayıb. Alovun qarşısını hadisə yerinə cəlb edilən DYMX nin əməkdaşları almağa çalışır. Oteldə olan şəxslər təxliyyə edilir.

DİGƏR XƏBƏRLƏR

Top