"Roskomnadzor" martın 14-ü saat 00:00-da "Instagram"a girişə məhdudiyyətlərin tətbiqi prosedurunu başa çatdırmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə idarənin "Telegram" kanalında məlumat verilib.
***18:35
“Roskomnadzor” ruslara, o cümlədən hərbi qulluqçulara qarşı zorakılıq etmək çağırışlarının yayılması ilə əlaqədar “Instagram” sosial şəbəkəsinə girişi məhdudlaşdırmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib. “Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi əsasında Rusiya Federasiyasında “Instagram” sosial şəbəkəsinə giriş məhdudlaşdırılır”, - deyə “Roskomnadzor” bildirib.