Rus istehsalı PUA Xorvatiyanın paytaxtına düşüb - VİDEO


10 mart gecə saat 2 radələrində (Bakı vaxtı ilə) Xorvatiyanın paytaxtı Zaqrebdə Rusiya istehsalı olan pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, PUA Macarıstandan gecə saat 01:57-də Xorvatiya ərazisinə daxil olub və yeddi dəqiqə ərzində 700 km/saat sürətlə uçub.
PUA Zaqrebdə qəzaya uğradıqdan sonra böyük bir çuxur əmələ gəlib.
“Bizdə olan məlumata görə, bu, Rusiya istehsalı olan aparatdır. Onun Rusiya və ya Ukrayna ordusunun ixtiyarında olub-olmadığını bilmirik. O, Xorvatiya hava məkanına Macarıstan istiqamətindən gəlib”, - Macarıstanın baş naziri Victor Orban deyib.
Bundan əvvəl Xorvatiyanın baş naziri Andrey Plenkoviç Fransanın Versal şəhərində keçirilən Aİ sammitinin girişində verdiyi açıqlamada hadisə ilə bağlı hər hansı məlumatın olub-olmadığını yoxlamaq üçün Ukrayna tərəfi ilə əlaqə saxlandığını bildirib.
Prezident Zoran Milanoviç bildirib ki, radarlar təyyarəni aşkarlayıb, lakin qısa müddətdə heç nə etmək mümkün olmayıb:
“Bu ciddi bir hadisədir və biz buna belə yanaşırıq. Faktla bağlı araşdırma aparılır. Mən vətəndaşları sakit olmağa çağırıram. Hesab edirik ki, bu, Xorvatiyaya qarşı yönəlməyib. Bu bir hadisədir və biz prosessual məsələlərə baxmalıyıq”.
Xorvatiya prezidenti Zoran Milanoviçin təyyarənin Ukraynadan gəldiyini deməsindən sonra Ukraynanın Zaqrebdəki səfirliyi hadisə ilə bağlı şərh verməkdən imtina edib:
“Biz bunu şərh etmirik”.

DİGƏR XƏBƏRLƏR

Top