"Təkcə Ukrayna deyil, Əfqanıstanda 5 milyon uşaq ölür, heç kim bundan danışmır..." - VİDEO


Avropa Parlamentinin irlandiyalı qadın deputatı Kleyr Deyli Avropanın humanitar böhranlarla bağlı ikili standartını tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, o, Ukraynadakı müharibəni gündəmə gətirən Avropa Parlamentinin Əfqanıstandakı vəziyyət qarşısında susmasına sərt reaksiya verib.
“Bəli, Ukrayna, amma təkcə ora deyil. Son iclasımızdan bəri on minlərlə əfqan vətəndaşı qida və təhlükəsizlik axtarmaq üçün evlərindən qaçmaq məcburiyyətində qalıb. 5 milyon uşaq aclıqla, qoxunc və acı bir ölümlə qarşı-qarşıyadır. Uşaq evlərində 500 faiz artım var. İnsanlar həyatda qala bilmək üçün uşaqlarını satmaq məcburiyyətində qalır. Amma heç kim bundan danışmır. Heç kim təcili humanitar yardım göndərmir. Nə əfqan heyəti gəldi, nə də açıqlama verdilər. Öz insani böhranlarının niyə bu qədər önəmsiz olduğunu fikirləşdiklərinə əminəm. Dərilərinin rənginə görə? Yoxsa ağdərili, avropalı olmamalarına görə? Problemlərinin səbəblərinin Amerika silahları və Amerika işğalı olmasımı? Yoxsa ölkələrinin zənginliyini oğurlamaq qərarının bir rus rəhbəri yerinə despot bir Amerika lideri tərəfindən verilməsinə görəmi? Çünki bütün müharibələr pis bir şeydir və qurbanlara yardım etmək onların haqqıdır. Bu məsələdə razılaşmazsaq, inandırıcılığımız olmaz”, - o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top