Qırğızıstanın baş naziri vəsifəsinə namizəd irəli sürüldü

Qırğızıstan parlamentində çoxluq koalisiyası Soronbay Jeenbekovun respublikanın Baş naziri vəzifəsinə namizədliyini irəli sürüb. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstanın Sosial-Demokrat Partiyasinin katibliyindən deyiblər. Bunadək isə Sosial-Demokrat Partiyasinin lideri İsa Omurkulov ölkə parlamentinin üç fraksiyası arasında koalisiya sazişinin imzalandığını bəyan etmişdi. S. Jeenbekov hazırda parlamentdə əvvəlki hakim koalisiyanın dağılmasından sonra baş nazirinin səlahiyyətlərini icra edir.

DİGƏR XƏBƏRLƏR

Top