Rüşvət alan sabiq bələdiyyə sədrinə hökm oxunub


Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Urufulla Qocayevə hökm oxunub və o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, Sabirabad rayonunun Minbaşı bələdiyyəsinin sabiq sədri Qocayev Urufulla Yadulla oğlu 2021-ci ilin iyununda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Aparılan əməliyyat-istintaq tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən U.Qocayevin kəndin ərazisində yerləşən 60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 29 il müddətinə icarəyə verilməsi, 0,12 hektar torpaq sahəsinin satılmasının təmin edilməsi və həmin torpaq sahəsində tikinti işlərinin həyata keçirilməsinə ümumi himayədarlıq göstərilməsinə görə 12 min manat məbləğində pul vəsaitinin rüşvət qismində alması müəyyən edilib.
Onun barəsində Cinayət Məclləsinin 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 311.3.2-ci ( Rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü ( Rüşvət alma, külli miqdarda törədildikdə) 32.4, 312.1-ci (Rüşvətə təhrik etmə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top