Rusiya Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana qeyri-standart və müntəzəm reyslər üçün COVID-19 məhdudiyyətlərini qarşılıqlı əsasda aradan qaldırır.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Belarus, Dominikan Respublikası, Misir (Qahirə istisna olmaqla), Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Finlandiya, Çexiya, İsveçrə, Cənubi Koreya və Kubaya uçuşlar üçün COVID məhdudiyyətləri də tamamilə aradan qaldırılmışdı.