Çe Gevaranı edam edən şəxs öldü - FOTO


Latın Amerikası inqilabçısı Ernesto Çe Gevaranı 55 il əvvəl edam edən Boliviya ordusunun keçmiş serjantı Mario Teran 80 yaşında vəfat edib.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, Teran Boliviyanın Santa Kruz şəhərindəki xəstəxanada dünyasını dəyişib.
O, bir neçə ildir yaşadığı ağciyər problemi ilə əlaqədar üç həftə əvvəl xəstəxanaya yerləşdirilib.
Teranın ölümü ilə bağlı xəbərləri 1967-ci ildə Çe Gevaranı ələ keçirən bölməyə komandanlıq edən istefada olan general Qari Prado da təsdiqləyib.
Qeyd edək ki, Çe Gevaranın edamı 9 oktyabr 1967-ci ildə baş verib.

DİGƏR XƏBƏRLƏR

Top