Türkiyədə ağır qəza: Onlarla yaralı var


Türkiyənin Sivas vilayətinin Gürün rayonunda avtobus aşıb.
Yeniavaz.com
“CNN Türk”ə istinadən xəbər verir ki, qəzada 8-i ağır olmaqla 34 nəfər yaralanıb.
Hadisə yerinə tibb, polis və jandarma işçiləri cəlb edilib. Tibb işçilərinin ilk müdaxiləsindən sonra yaralılar Sivasda və Gürün rayonundakı müxtəlif xəstəxanalara aparılıb.
Yaralılardan 8-nin vəziyyətinin ağır olduğu bildirilir.
Qəza ilə əlaqədar araşdırma başlanılıb. İlkin ehtimala görə qəzaya uzunmüddətli qar yağışından sonra yolun sürüşkən olması səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top