Ukrayna ordusu bir günə Rusiyanın 10 hərbi təyyarəsini məhv edib


Martın 10-da Ukrayna 10 Rusiya hərbi təyyarəsini vurub və aviasiya qüvvələri işğalçıların iki böyük zirehli texnikalardan ibarət kolonuna sarsıdıcı zərbə endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə martın 11-nə keçən gecə  Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığından məlumat verilib.
İlkin məlumatlara görə, Ukrayna Rusiya hava-desant qoşunlarının bütöv bir alayını tam təchizatla məğlub edib. Alayda insan qüvvəsi ilə yanaşı tanklar, piyadaların döyüş maşınları (PDM), Qradlar və s. olub.
Qeyd olunub ki, Rusiya ordusuna məxsus 9 ədəd Su-25 hücum təyyarəsi və 1 ədəd Su-34 qırıcı təyyarə sıradan çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top