Sosial şəbəkədə yayılan foto ilə bağlı nazirlik açıqlama yaydı - FOTO


Təhsil Nazirliyi bu gün fotosu sosial şəbəkədə yayılan, kiçik və təmirsiz olan Lerik rayonu Dico kənd məktəbi ilə bağlı məsələyə münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, nazirlikdən APA-ya son 10 il ərzində ölkədə 3500-dən çox məktəb tikilldiyi və ya əsaslı təmir olunduğu bildirilib.

Həmçinin son 7 ildə Lerik rayonunda 36 məktəb tikilib və ya əsaslı təmir olunub, bunlardan 29-u modul tiplidir:

“Dico kənd ibtidai məktəb 1 otaqlı, 10 şagird yerlikdir. Məktəbdə 2 şagird təhsil alır, 1 müəllim çalışır. Məktəb 4 illik olduğundan şagirdlər 8 km-lik məsafədə yerləşən Tikəband kənd tam orta məktəbində təhsillərini davam etdirirlər.

Növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində bu məqsədlə Təhsil Nazirliyinə vəsait ayrıldığı təqdirdə müraciətdə qaldırılan məsələ öz həllini tapacaq”, - açıqlamada qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top