Fransaya köçən ukraynalıların sayı açıqlandı


Rusiya Federasiyasının Ukrayna ərazisində xüsusi hərbi əməliyyatı başlayandan bəri təxminən 7,5 min Ukrayna sakini Fransaya gəlib, ümumilikdə Fransa hakimiyyəti 100 minə qədər qaçqını qəbul etməyi gözləyir. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyində keçirilən xüsusi brifinqdə məlumat verilib. Fransanın daxili işlər naziri Gerald Darmanin deyib: “Bu günə qədər biz Ukraynadan Fransa ərazisinə gələn 7500 nəfəri qeydə almışıq”, – deyə fransalı nazir bildirib.
Nazirin sözlərinə görə, hazırda Fransa hakimiyyəti 25 min nəfəri yerləşdirmək gücünə malikdir.
 

DİGƏR XƏBƏRLƏR

Top