“İstəyirlər ki, su və çörəyi işğalçının əlindən diz üstə çöküb götürək”


“İşğalçıların şəhərlərimizə, dövlətimizə etdiklərindən ürəyim parçalanır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski brifinqdə deyib.
“Rusiya qoşunları artıq Ukraynada humanitar fəlakət yaradıblar, lakin bu, onlar üçün planın bir hissəsidir. İstəyirlər ki, su və çörəyi işğalçıların əlindən diz üstə çöküb götürək. Onlar istəyirlər ki, ukraynalılar ancaq işğala məruz qalmış ərazilərə və ya Rusiyaya gedib canlarını qurtara bilsinlər. Ona görə də Mariupolu, Volnovaxanı, başqa şəhərləri mühasirəyə götürürlər”, - Zelenski bildirib.

DİGƏR XƏBƏRLƏR

Top