
“Çerniqov istiqamətində Ukrayna Silahlı Qüvvələri “İsgəndər-M” ballistik operativ-taktiki raket komplekslərinin diviziyasını məhv edib”.
Yeniavaz.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Şimal” əməliyyat komandanlığı məlumat yayıb.
“Çerniqov istiqamətində “Şimal” əməliyyat komandanlığının bölmələrindən biri dinc əhaliyə atəş açan “İsgəndər-M” diviziyasını məhv edib”, - məlumatda deyilib.