Rusiya və Ukrayna XİN başçıları razılığa gələ bilmədi - Kulebadan açıqlama


“Rusiya Federasiyası, Ukrayna və Türkiyə xarici işlər nazirləri Ukraynada atəşkəs rejimini müzakirə ediblər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Lavrovla danışıqlar çətin keçdi. Lavrovla aparılan danışıqlarda yerdə humanitar həll yolu tapmaq üçün səylərin davam etdirilməsi barədə razılıq əldə edildi. Antalyaya iki tapşırıqla gəlmişəm - Mariupoldan humanitar dəhlizin təşkili və 24 saatlıq barışıq. Kiyev Rusiyanın irəli sürdüyü tələblərə əməl etmək niyyətində deyil. Kiyev münaqişənin diplomatik həllinə hazırdır, lakin hələlik heç nə yoxdur. Biz hələ də atəşkəslə bağlı qərara gələ bilməmişik”, - Kuleba bildirib.

DİGƏR XƏBƏRLƏR

Top