"Putinlə Zelenski arasında görüşə ehtiyac olacaq" - Lavrov


“Rusiya Ukraynaya hücum etməyib və başqa ölkələrə hücum etməyi planlaşdırmır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında deyib.
S. Lavrovun mətbuat konfransındakı çıxışından əsas tezisləri təqdim edirik:
“Rusiya öz iqtisadiyyatının qayğısına qalacaq, ölkə hakimiyyəti bunu edir. Rusiya həyatın həlledici sahələrində bir daha Qərbdən asılı olmamaq üçün hər şeyi edəcək.
Mariupoldakı doğum evi Azov batalyonunun bazası kimi istifadə edilib, Rusiya Federasiyası bir neçə gün əvvəl bu barədə BMT-yə məlumat təqdim edib.
Kuleba ilə prezidentlər arasında danışıqların mümkünlüyünü müzakirə etdik. Gələcəkdə Putinlə Zelenski arasında görüşə ehtiyac olacaq, lakin hələlik hazırlıq işləri görülməlidir. Putin Zelenski ilə görüşdən imtina etmir, nə vaxtsa bu baş tuta bilər.
Ukraynaya öldürücü silahlar verən Qərb dövlətləri təhlükəli hərəkət edirlər.
Rusiya Federasiyasının Ukrayna ərazisində insanları oğurlaması ilə bağlı xəbərlər yanlışdır.
Rusiya ABŞ-ın Ukraynadakı bioloji fəaliyyətini necə izah edəcəyi ilə bağlı cavab tələb edəcək.
ABŞ Rusiyaya qarşı sanksiyalar məsələsində hətta Çinə də təsir etməyə çalışır.
Rusiya Federasiyası Ukraynanı hərbsiz, dost, rus dilinə qadağa qoyulmadan görmək istəyir”.

***14:05
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başa çatıb. 
Yeniavaz.com
xəbər verir ki, hazırda Rusiya XİN başçısı S. Lavrov mətbuat konfransı keçirir.
Yeniavaz.com mətbuat konfransından canlı yayımı təqdim edir.

DİGƏR XƏBƏRLƏR

Top