“Rusiya sülhməramlıları Azərbaycanın iki avtomobil kolonunun “Dağlıq Qarabağ” ərazisindən təhlükəsiz müşayiətini təmin ediblər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə sülhməramlı kontingentin “Telegram” kanalındakı paylaşımında deyilir.
Bildirilir ki, hərbi avtomobil müfəttişliyinin hərbçiləri 10-a yaxın maşından ibarət tikinti materialları və ərzaq avtomobilləri kolonunu Şuşa-Qırmızı bazar marşrutu ilə və geriyə doğru müşayiət ediblər.
Xatırladaq ki, 7 martda Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinin qəbuledilməz olduğu bildirilib.
Lakin görünən odur ki, Rusiya MN bu bəyanata məhəl qoymayaraq yenidən “Dağlıq Qarabağ” ifadəsini işlətməkdədir.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti ölkənin Müdafiə Nazirliyinin tabeliyindədir.