ABŞ Konqresinin Nümayəndələr Palatası dünən axşam saatlarında Ukraynaya 13,6 milyard dollar yardımı təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb .
Qəzet qeyd edir ki, qanunvericilər Rusiyanın səbəbsiz hücumu fonunda Ukraynaya dəstək nümayiş etdirməyə çalışarkən belə bir qərar qəbul ediblər.
Qeyd olunur ki, yardım Rusiya qoşunlarına qarşı mübarizədə Ukrayna Silahlı Qüvvələrinə dəstək olmaq və vətəndaşlara, o cümlədən təxminən 1,5 milyon qaçqına humanitar yardım göstərmək üçün nəzərdə tutulub.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qeyd edib ki, 13,6 milyard dolların daha da artırılması ehtimalı var.