Müdafiə Nazirliyi Ukraynadakı son vəziyyəti açıqladı


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Ukraynanın bəzi hissələrinə irəliləyişinin yavaşladığını bildirib.
Yeniavaz.com
xəbər verir k, bu barədə Baş Qərargahın gündəlik yayımladığı səhər məlumatında deyilir.
Sözügedən məlumatı təqdim edirik:
"Rusiyanın Kiyev istiqamətində irəliləməsi yavaşlayıb.
Ukraynanın şərqində müdafiə qüvvələri Rusiyanın Donetsk, Slobojanski və Tavriya əməliyyat rayonlarının bir hissəsindəki hücumunun qarşısını almağa davam edir. Onlar Xarkov və Oxtırka şəhərlərini müdafiə edirlər.
Cənubda Mariupol liman şəhərinin müdafiəsi davam edir.
Ukrayna qüvvələri Rusiyanın Krivoy Roq, Nikolayev, Voznesensk şəhərləri və Novovorontsovka qəsəbəsi (Xerson vilayəti) istiqamətində də hücumunu dəf edib.
Son iki gündə Ukrayna qırıcıları və zenit-raket bölmələri 4 Su-25 hücum təyyarəsini və 2 Rusiya helikopterini məhv edib.
Rusiya hücumunun tempi yavaşlayıb. Fərarilik və talan hallarının sayı xeyli artıb".

DİGƏR XƏBƏRLƏR

Top