Ukrayna daha bir şəhəri azad etdi


“Ukrayna Silahlı Qüvvələri rus işğalçılarını Derqaçi şəhərindən çıxararaq əraziyə tam nəzarət edir”.
Yeniavaz.com
xəbər verir ki, bunu şəhərin daxil olduğu Xarkov vilayətinin Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, şəhərdə uzun müddətdir ki, aktiv döyüşlər gedir:
“Rusiya işğalçıları şəhəri mühasirəyə almağa çalışıb. Amma hərbçilərimiz düşməni dəf edərək əks hücuma keçib. Düşmənin itkiləri arasında 2 tank və 2 zirehli texnika da var”.
Sinequbov qeyd edib ki, Ukrayna hərbçiləri heç bir itki verməyib.

DİGƏR XƏBƏRLƏR

Top