"Avropalılar, deyə bilməyəcəksiniz ki, görmədiniz, gördünüz..."


"Avropalılar! Deyə bilməyəcəksiniz ki, siz ukraynalıların başına gələnləri, Mariupol sakinlərinin başına gələnləri görmədiniz. Gördünüz. Bilirsiniz".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri növbəti videomüraciətində Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O Avropa vətəndaşlarını hökumətlərinə Ukraynaya müdaxilə etməsi  üçün təzyiq göstərmək məqsədilə daha çox iş görməyə çağırıb.
Zelenski Qərbi Rusiyaya qarşı sanksiyaları artırmağa, Moskvanı danışıqlara və müharibəni dayandırmağa məcbur etmək üçün ona “təzyiq göstərməyə” çağırıb:
“Biz Donetsk, Luqansk və ya hər hansı digər bölgənin heç bir şəhəri üçün bu hərbi cinayətə bənzər bir şey etməmişik və etməzdik. Həmçinin, yer üzündəki hər hansı bir şəhərə”.
O, əlavə edib ki, mülki əhalinin təxliyəsi davam edir və indiyədək 35 min insan xilas edilib.

DİGƏR XƏBƏRLƏR

Top