Sumqayıtda yataqxanada yanğın: Sakinlər təxliyə edildi


Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.

Bu barədə Yeniavaz.com-a  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

DİGƏR XƏBƏRLƏR

Top