Aytacın qətlinə görə daha bir nəfər həbs edildi


Martın 5-də Qəbələdə öldürülən 23 yaşlı Aytac Əliyevanın qətlinə görə daha bir şəxs həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, Qəbələ rayonu ərazisində Aytac Əliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Rüfanə Nəbiyeva Cinayət Məcəlləsinin 29, 144.2.3 (adam oğurluğuna cəhd - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) 29, 144.2.4 (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top