“Media Reyestri artıq hazırdır”


Media Reyestri artıq hazırdır.

Yeniavaz.com Trend-ə istinadla xəbər verir ki, bunu Media İnkişaf Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.

“Media Reyestrinin ilkin qaydaları hazırlanıb və işçi qaydada müvafiq strukturlarla müzakirələr aparılır”, - deyə N.Məmmədli əlavə edib.

N.Məmmədli media subyektlərinin reyestrə nə zaman daxil ediləcəyinə də aydınlıq gətirib:

“Media subyektlərinin reyestrə daxil edilməsi tam şəkildə təşkilatı hüquqi məsələlər başa çatdıqdan sonra olacaq. Nazirlər Kabinetinin sərəncamında qeyd olunduğu kimi qısa vaxtda reyestrin fəaliyyətə başlamasının şahidi olacağıq”, - deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top