Putinin qızı instagram hesabını silib


KİV-in “Putinin sevimli uşağı” adlandırdığı 18 yaşlı Luiza Rozova Rusiyanın Ukraynada hərbi əməliyyatlar başlatmasından sonra instaqram hesabını silib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilir ki, Luiza 5 ay əvvəl hesabında paylaşımlar etməyi dayandırıb, indi isə profilini birdəfəlik silib.
Buna səbəb kimi onun paylaşımlarına müharibə ilə əlaqədar tənqidi şərhlərin yazılması göstərilir.
Qeyd edək ki, 2020-ci ilin noyabrında “Agentstvo” nəşri Luizanın Rusiya prezidenti Vladimir Putinin qızı olması ilə bağlı xəbərlər dərc edib.

DİGƏR XƏBƏRLƏR

Top