Azərbaycandakı erməni əsirlər ailələri ilə danışdırılıb


“Fevralın sonundan martın əvvəlinə kimi Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri Azərbaycanda əsirlikdə olan bütün Ermənistan vətəndaşlarına baş çəkib, onların əsirlikdə olması faktı Azərbaycan tərəfindən də təsdiqlənib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Faktinfo”ya BQXK-nin Ermənistan bürosunun kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.
“BQXK-nin nümayəndələri əsirlikdə olan soydaşlarımızın saxlanma şəraiti, onların sağlamlıq vəziyyəti ilə tanış olublar. Onlara məktublar, telefon zəngləri və video mesajlar vasitəsilə ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb”, - Amatuni deyib.

DİGƏR XƏBƏRLƏR

Top