Qarabağdakı rus sülhməramlılarının Ukraynaya göndərildiyi iddia olunur - VİDEO


“Rusiya Sülhməramlı Kontingentinin (RSK) böyük maşın karvanının şəxsi heyətlə Laçın dəhlizi ilə Xankəndindən yola düşməsi faktdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
Mətbuat orqanı sözügedən şəxsi heyətin Ukraynaya göndərilməsi ehtimalının olduğunu iddia edib.
Digər bir iddiaya görə isə, RSK hərbçilərinin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək. Ordakılar isə Ukraynadakı Rusiya ordusuna kömək üçün göndəriləcək.
“Без Масок ЧИВ” teleqram kanalında Rusiyaya məxsus maşın karvanının Laçın dəhlizi ilə Xankəndindən yola düşməsinin görüntüləri paylaşılıb.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top