Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətinin Çernobaevka kəndində mülki əhalini atəşə tutub.
Yeniavaz.com “UNİAN”a istinadən xəbər verir ki, Bu barədə yerli sakinlər “Azadlıq” radiosuna məlumat verib.
Bildirilir ki, insident hərbçilərin kənddəki mağazanı qarət etməsindən sonra baş verib. Ruslar mağazada tapdıqları spirtli içkiləri içdikdən sonra insanların evlərini atəşə tutmağa başlayıblar.
Yerli sakinlərin sözlərinə görə, ruslarla mübahisə edən şəxslər güllələnib.
Ölənlərin dəqiq sayı məlum deyil.