Dünyanın ən məşhur brendlərindən olan “American Starbucks Corp.” Rusiyadakı biznesini, o cümlədən məhsullarının ölkəyə tədarükünü dayandırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Starbucks”ın baş direktoru Kevin Consonun şirkətin internet saytında dərc edilmiş açıqlamasında bildirilib.
“Bu gün biz Rusiyada biznes fəaliyyətini, o cümlədən Starbucks-ın bütün məhsullarının daşınmasını dayandırmaq qərarına gəldik. Lisenziyalı tərəfdaşımız qəhvəxanaların fəaliyyətini dayandırmağa və 2000-ə yaxın işçiyə dəstək verməyə razılaşıb”, - o bildirib.
Qeyd edək ki, Amerika şirkəti “Yum! Brands” (“KFC” və “Pizza Hut” brendlərinin sahibi) martın 8-də Rusiyada investisiya və inkişafı dayandırdığını elan edib.