Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşü təsdiqləndi


“Rusiya Federasiyası və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın Antalyada görüşü planlaşdırılır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarovanın sözlərinə görə, Lavrovun Antalya Forumu üçün bu gün Türkiyəyə uçması planlaşdırılır:
“Bir sıra ikitərəfli görüşlər planlaşdırılır, hamısı aktualdır və təsdiqlənir. Bu tədbirlər çərçivəsində xarici işlər naziri Sergey Lavrov və ukraynalı həmkarı Kuleba arasında görüş planlaşdırılır”.
Qeyd edək ki, bundan əvvəl Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Antalyada xarici işlər nazirləri çərçivəsində Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşünün baş tutacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top