Rusiyadan Ukraynaya hərbi yardım edənlərə XƏBƏRDARLIQ


Rusiya öz səfirlikləri vasitəsilə bir neçə ölkəyə Ukraynaya hərbi yardım göstərilməsi, oraya silah və könüllülərin göndərilməsi ilə bağlı hər hansı təcrübələrə görə məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosunun efirində bildirib.
“Rusiyanın reaksiyası artıq olub. Bildirilib ki, silah tədarükünə və ya qondarma könüllülərin göndərilməsinə, bu istiqamətdə hər hansı eksperimentlərə görə, onları həyata keçirəcək dövlətlər məsuliyyət daşıyacaqlar. Bu ölkələr bunun üçün hansı məsuliyyəti daşıyacaqlarını başa düşməlidirlər. Bunu necə başa düşəcəklər? Çox sadə. Diplomatlarımız, səfirlərimiz, səfirliklərimiz yaxşı formalaşmış mövqeyimizi bu paytaxtlara çatdırıblar”, - Zaxarova deyib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Moskvanın bu addımı bir çox cəhətdən öz təsirini göstərib, çünki bundan sonra ayrı-ayrı ölkələrin nəzarətsiz ritorikası müəyyən çərçivə qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top