Rusiya dövlət mediasının yaydığı xəbərlərə görə, Moskva hücuma məruz qalan şəhərlərdə mülki əhalinin qaçmasına icazə vermək üçün növbəti humanitar atəşkəs elan edib.
Yeniavaz.com xəbər verir ki, yerli vaxtla saat 10:00-da Kiyev, Çernihev, Sumı, Xarkov və Mariupolda dəhlizlərin yenidən açıqlacağı bildirilir.
Qeyd edək ki, dünən Ukrayna rəsmiləri Sumıdan 5 min insanı evakuasiya etməyə müvəffəq olduqlarını bildiriblər və qeyd olunub ki, bu, ilk uğurlu kütləvi evakuasiyadır.
Ancaq Ukraynanın iddiasına görə, Çerniqovda olanlar üçün oxşar cəhd uğursuz olub, çünki Rusiya dinc əhalinin evakuasiya edildiyi çıxış yolunu atəşə tutub.