Azərbaycanlı televiziya əməkdaşı Rusiyada təyyarə qəzasında öldü - VİDEO


Rusiyanın Sankt-Peterburq vilayətinin Volxov rayonunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub.
Yeniavaz.com
“47news”a istinadən xəbər verir ki, ölənlərdən birinin kimliyi bəlli olub.
İlkin məlumatlara görə, bu, 40 yaşlı Azərbaycan vətəndaşı Müşfiq İbrahimovdur.
M. İbrahimovla bağlı onun Sankt-Peterburqun Şuşarı mikrorayonunda qeydiyyatda olduğu məlum olub. Ötən ilin ortalarında yaşayış icazəsi alıb. Bildirilir ki, onun iki azyaşlı övladı var.
Hadisə yerində olan hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, qəza məlum olduqdan sonra ora Azərbaycan diasporunun nümayəndələri gəlməyə başlayıb. Qadınlardan biri özünü mərhumun yaxın qohumu kimi təqdim edib.
İkinci mərhumun şəxsiyyəti hələlik bəlli deyil, onun təlimatçı olduğu ehtimal edilir.
APA-nın yazdığına görə, M. İbrahimov əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışıb. O, əslən Quba rayonundandır. Ailəlidir, 3 övladı var.






DİGƏR XƏBƏRLƏR

Top