Oğuzda bir ailənin üç üzvü ağır yol qəzasında yaralandı


Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Kərimli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Lada-2110” markalı avtomobillə Ceyhun Süleymanovun idarə etdiyi “Vaz-21015” markalı avtomobil toqquşub.

Qəza zamanı Ceyhun Süleymanov, onun həyat yoldaşı və övladı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (report)

DİGƏR XƏBƏRLƏR

Top