
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya qəbulu məsələsindən “soyuduğunu” bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Zelenski “ABC” telekanalına müsahibəsində deyib.
“NATO-ya gəlincə, mən uzun müddət əvvəl NATO-nun Ukraynanı qəbul etməyə hazır olmadığını anladıqdan sonra bu məsələdən soyudum. Alyans Rusiya ilə ziddiyyətlərdən və qarşıdurmadan qorxur”, - Zelenski bildirib.
O, həmçinin vurğulayıb ki, Kiyev heç nə üçün Brüsselə “diz çöküb yalvarmayacaq”.
Tətbiqimizi yükləyə bilərsiniz