
“Biz Rusiyadan başqa heç kimin tanımadığı müvəqqəti işğal olunmuş ərazilər və tanınmamış respublikalarla, bu psevdorespublikalarla bağlı məsələləri müzakirə edə, bu ərazilərin gələcək taleyi ilə bağlı kompromis (qarşılıqlı güzəştlər nəticəsində əldə olunan razılıq) tapa bilərik, lakin təslim olmayacağıq”.
Yeniavaz.com xəbər verir ki, bunu “ABC” telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski Krımı Rusiyanın bir hissəsi, qondarma DXR və LXR-i isə müstəqil respublika kimi tanımaq olarmı sualını cavablandırarkən deyib.
“Mənim üçün ən önəmlisi Ukraynanın bir hissəsi olmaq istəyən insanların bu ərazilərdə necə yaşayacaqlarıdır. Ukraynada kim deyə bilər ki, həmin tələbləri qəbul etmək istəyir? Məsələ tanınma məsələsindən daha mürəkkəbdir. Bu, növbəti ultimatumdur. Lakin biz ultimatumları qəbul etməyə hazır deyilik”, - Zelenski bildirib.
Zelenski həmçinin Vladimir Putini danışıqlara başlamağa və dialoq qurmağa çağırıb.
Tətbiqimizi yükləyə bilərsiniz